İsrailin Bakıdakı səfirliyi: Azərbaycanla dostluğun daha da güclənəcəyinə ümid edirik - FOTO

Hazırda oxunan: İsrailin Bakıdakı səfirliyi: Azərbaycanla dostluğun daha da güclənəcəyinə ümid edirik - FOTO

608678

İsrailin Bakıdakı səfirliyi bu ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda İsrailin müstəqillik gününün təkcə milli bayram deyil, daha dərin məna daşıyan xüsusi tarix olduğu vurğulanıb.

Qeyd olunub ki, bu gün öz tarixi vətənində suverenliyini bərpa edən, canlı və dinamik dövlət quran xalqın tarixi qeyd olunur.

Səfirlik bildirib ki, İsrail nəsildən-nəslə çətinlikləri yaradıcılığa, məhrumiyyətləri gücə, ümidləri isə gerçəkliyə çevirən ölkədir.
 

Bəyanatda İsrailin dayanıqlıq, innovasiya, müxtəliflik və güclü ruh ölkəsi olduğu qeyd edilib. Həmçinin vurğulanıb ki, bu dövlət daha yaxşı gələcək naminə qurmaqdan, arzulamaqdan, yaratmaqdan və çalışmaqdan heç vaxt vaz keçmir.


Sənəddə bildirilib ki, İsrail tarixinin mərkəzində öz vətənində sülh içində yaşamaq arzusu dayanır. Qeyd olunub ki, İsrail sülhə səmimi şəkildə can atan hər kəsə həmişə əl uzadıb və bundan sonra da onları açıq qucaqla qarşılayacaq.

Eyni zamanda, bəyanatda İsrailin öz xalqını qorumaq və təhlükəsizliyini təmin etmək məsuliyyətinə sadiq qaldığı da xüsusi vurğulanıb.

Səfirlik əlavə edib ki, bu əlamətdar gündə dövlətin özü, xalqın nailiyyətləri və irəli getməkdə davam edən cəmiyyətin qeyri-adi gücü qeyd olunur.

“Bakıda İsrailin 78-ci ildönümünü qürurla qeyd edir və İsraillə Azərbaycan arasında dostluq və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə səmimi ümid edirik”, - deyə bəyanatda qeyd olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin