2003-cü ildə ləğv olunmuşdu... – Yeni qanun HAZIRLANDI

Hazırda oxunan: 2003-cü ildə ləğv olunmuşdu... – Yeni qanun HAZIRLANDI

608638

Milli Məclisdə yeni qanun qəbul olunacaq.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, yeni qanunun qəbulu ilə “maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, “lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaqdır.
 

Hazırda maliyyə icarəsi (lizinq) sahəsində münasibətlər əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və işgüzar dövriyyə adətləri ilə tənzimlənir. Azərbaycanda lizinq haqqında ilk qanun 1994-cü ildə qəbul edilib, daha sonra lizinqlə bağlı münasibətlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənməsi həyata keçirilib (hazırda da məcəllə ilə tənzimlənir) və adıçəkilən qanun 2003-cü ildə ləğv edilib.


Layihə ümumilikdə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını və maliyyə icarəsi subyektləri arasında münasibətlərin əmələ gəlməsi, dəyişdirilməsi və xitam verilməsini, habelə ölkədə maliyyə icarəsi fəaliyyəti üzrə tənzimlənmə və nəzarətin əsas aspektlərini müəyyən edir.

Qeyd edək ki, qanun 5 fəsildən ibarətdir.

Sənədə görə, Qanunun 1 – 3-cü fəsillərinin (müddəaları maliyyə icarəsi fəaliyyətini həyata keçirən banklara, xarici bankların yerli filiallarına və bank olmayan kredit təşkilatlarına da şamil edilir.

4-cü fəsil maliyyə icarəsi fəaliyyətinin tənzimlənməsi və nazərət, 5-ci fəsil isə yekun müddəalardan ibarətdir. 

Qanun dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin