Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizədlərinin siyahısını Milli Məclisə təqdim edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təqdimatına əsasən, Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib.
Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.


Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:13 / 22.04.2026
YAP-dan MSK üzvlüyünə bu şəxslər namizəd oldu – ADLAR
Hazırda oxunan: YAP-dan MSK üzvlüyünə bu şəxslər namizəd oldu – ADLAR
Hazırda oxunan: YAP-dan MSK üzvlüyünə bu şəxslər namizəd oldu – ADLAR
608617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































