"Birbank Invest" 9 ay ərzində 25 000 000 ABŞ dolları dövriyyə edib.
Bizim.Media xəbər verir ki, bunu Kapital bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu gün ən dəyərli vəsait hərəkətdə olan, böyüyən və gələcəyə yatırılan vəsaitdir:
"Biz məhz bu fəlsəfəni rəhbər tutaraq, ötən il Birbank brendlərinə tamamilə yeni bir nəfəs gətirdik və "Birbank Invest"-i ictimaiyyətə təqdim etdik. PAŞA Kapital İnvestisiya Şirkəti ilə birgə ərsəyə gətirdiyimiz bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Bu, həm peşəkarlar, həm də ilk dəfə investisiya dünyasına addım atanlar üçün böyük imkanlar qapısıdır".
Onun sözlərinə görə, bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür:
"İstifadəçilərimiz ABŞ-nin aparıcı şirkətləri və Birja Fondları (ETF) da daxil olmaqla 12 000-dən çox maliyyə alətindən faydalana bilirlər. Bütün bunlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 000 dollaradək sığorta və yüksək təhlükəsizlik standartları ilə baş verir. Çox qısa zaman keçməsinə baxmayaraq, artıq 100 000-ə yaxın istifadəçimizin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarından çox olması onu göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:58 / 22.04.2026
"Birbank Invest" istifadəçilərinin sayı AÇIQLANDI
Hazırda oxunan: "Birbank Invest" istifadəçilərinin sayı AÇIQLANDI
Hazırda oxunan: "Birbank Invest" istifadəçilərinin sayı AÇIQLANDI
608595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































