Zaqatala sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən…

Hazırda oxunan: Zaqatala sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən…

608598

Sabah saat 10:00-dan etibarən Zaqatala şəhəri və Car, Zilban, Kebeloba, Aşağı Tala, Yuxarı Tala, Çökək kəndlərində 11 250 əhali və 150 qeyri-əhali abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin üzərində ölçü (balans) qovşağının quraşdırılması ilə əlaqədardır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin