Emil Mustafayev Azərbaycana görə Ukrayna millisində oynamaqdan imtina edib

Hazırda oxunan: Emil Mustafayev Azərbaycana görə Ukrayna millisində oynamaqdan imtina edib

608660
"Aleksandriya" komandasında çıxış edən Emil Mustafayev Azərbaycana görə Ukrayna millisində oynamaqdan imtina edib.
 
22 yaşlı hücumameylli yarımmüdafiəçi bu barədə "fanday.net" saytına müsahibəsində deyib.
 
Gənc vinger bildirib ki, ötən ilin qışında Ukrayna Futbol Assosiasiyasından (UAF) təklif alsa da, bunu qəbul etməyib: "Çünki bu təşəbbüsü daha əvvəl AFFA göstərib. Razılaşdıq ki, Azərbaycan yığmasında oynayacağam. Ona görə də artıq gec idi. Həmin vaxt Bakıya uçmalı idim. Artıq Azərbaycana söz vermişdim və buna sadiq qaldım".
 
Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir. /Report/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin