Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı – VİDEO

Hazırda oxunan: Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı – VİDEO

608651

Aprelin 20-də Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin son vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamalda DƏHŞƏT – Şagird sinif yoldaşının üzərinə spirt töküb yandırdı


Bizim.Media ARB TV-yə istinadən xəbər verir ki, üzərinə spirt tökülərək yandırılan 9-cu sinif şagirdinin vəziyyəti ağırdır, onun həyatda qalması üçün qan axtarılır.

Bu barədə zərərçəkənin bibisi Nərgiz Vəliyeva məlumat verib. O qeyd edib ki, yeniyetmənin sifət, baş, sinə, hər iki qolları, bütün qarnı və kürəyi, ümumilikdə bədəninin 66%-i yanıb:

"Böyrək çatışmazlığı başlayıb. Çox pis vəziyyətdəyik".

"Xəsarət alan şagird Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə mərkəzin həkimi Ülviyyə Zeynalova qeyd edib.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin