Corc Buşun qızı: “Mən kişi kimi görünürəm?”

Hazırda oxunan: Corc Buşun qızı: “Mən kişi kimi görünürəm?”

608672

Cenna Buş-Haqer etiraf edib ki, atası - ABŞ-ın sabiq prezidenti Corc Buşla zahiri oxşarlığına görə müqayisə etmələri onu bəzən narahat edir.

Bizim.Media xəbər verir ki, teleaparıcı Today şousunun efirində atasına “su damlası kimi bənzədiyi” ilə bağlı növbəti şərhə münasibət bildirərək deyib ki, bu cür müqayisələr hər zaman kompliment kimi qəbul olunmur.

“Mən bilirəm ki, insanlar bunu deyir, amma... bəzən bu, kompliment deyil”, - deyə Haqer bildirib.

O, zarafatla əlavə edib: “Mənə deyəndə ki, atama oxşayıram, fikirləşirəm: mən kişi kimi görünürəm?”.

Buna baxmayaraq, Cenna vurğulayıb ki, atası ilə fəxr edir və onu cazibədar insan hesab edir. Lakin o, özünün daim bu cür müqayisə olunmasını hər zaman xoş qarşılamadığını qeyd edib.
 

Məlumata görə, Corc Buş dəfələrlə qızının şousunda qonaq olub və yumor hissi ilə seçilir. Cennanın sözlərinə görə, birgə müsahibələr zamanı atası tez-tez zarafat edir, hətta onun yeniyetməlik illərinə aid əhvalatları danışaraq qızını canlı efirdə utandıra bilir.


Teleaparıcı bildirib ki, 2019-cu ildən televiziyada işləməyə başladığı vaxtdan ailə həyatı ilə bağlı söhbətlər onun işi üçün adi hala çevrilib. Bununla belə, o etiraf edib ki, görünüşün arxasında daha mürəkkəb emosiyalar da dayanır, xüsusən də ABŞ-ın ən tanınmış siyasi fiqurlarından biri ilə davamlı müqayisə olunanda.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin