"Bankın qeydiyyat zamanı biometrik identifikasiya — yəni üztanıma texnologiyası SİMA İMZA ilə inteqrasiya edilir. Artıq bu həll məhdud istifadəçi qrupu üçün aktivdir".
Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk inzibatçısı Ağarza Baxşiyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
Bank rəsmisi yaxın zamanda bu funksionallığın daha geniş istifadəçi bazasına təqdim olunacağını bildirib:
"Bununla da müştərilərimiz ilk qeydiyyat zamanı şəxsiyyətlərini SİMA vasitəsilə təsdiqləyərək rəqəmsal imza yarada biləcəklər. Növbəti mərhələdə isə SİMA imzanın istifadəsi genişləndirilərək, xüsusilə kredit müraciətləri kimi vacib məhsul və xidmətlərdə tətbiq olunacaq".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:41 / 22.04.2026
“Birbank”da daha bir YENİLİK – Şəxsiyyəti bu yolla təsdiqləmək mümkün olacaq
Hazırda oxunan: “Birbank”da daha bir YENİLİK – Şəxsiyyəti bu yolla təsdiqləmək mümkün olacaq
Hazırda oxunan: “Birbank”da daha bir YENİLİK – Şəxsiyyəti bu yolla təsdiqləmək mümkün olacaq
608608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































