Baş Prokurorluq və və DİN Göyçaydakı qətllə bağlı məlumat yaydı

Hazırda oxunan: Baş Prokurorluq və və DİN Göyçaydakı qətllə bağlı məlumat yaydı

42728

Moderator.az xəbər verir ki, Baş Prokurorluq və DİN Göyçaydakı qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

“Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhərində törədilmiş ağır cinayətin üstü açılıb.

Belə ki, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay şəhər sakinləri Asəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilmişdir. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.  

İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilmişdir. “İsti iz”lərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

 Cinayət yerindən oğurlanmış əmlakın bir hissəsi N.Mustafayevin mənzilində aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”. 

                                                                                                                                

                                                                                                                                


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin