Jurnalistin avtomobili qarət edildi

Hazırda oxunan: Jurnalistin avtomobili qarət edildi

42042

Bakıda jurnalistin avtomobilindən oğurluq edilib. Moderator.az xəbər verir ki, bu barədə APA-ya  zərərçəkən jurnalist Esmira Qasımova özü məlumat verib.

E.Qasımova bildirib ki, yaşadığı Binəqədi rayonunda özünə məxsus “Rang Rover” markalı avtomobilin pəncərə şüşəsini sındırma yolu ilə maşından 3 min manat pul naməlum şəraitdə oğurlanıb.

E.Qasımova hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

Qeyd edək ki, E.Qasımova İctimai Televiziyanın əməkdaşıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin