Bakıda bir neçə oğurluq hadisəsi törədən şəxs saxlanılıb. Moderator.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2013-cü il dekabrın 25-nə keçən gecə, Həşim Abdullayevə məxsus, Təbriz küçəsində yerləşən aptekdən, dəmir barmaqlığı aralamaq yolu ilə kassadan 500 manat, dekabrın 30-a keçən gecə Əlisəfa Rəfiyevə məxsus, Qarabağ küçəsində yerləşən marketdən, açar seçmə yolu ilə 900 manat, danışıq kartları, tütün məmulatı, dekabrın 31-də Hidayətzadə küçəsində yerləşən gözəllik salonundan Süriyyə Əlizadənin brilyant sırğaları, bu il yanvarın 10-da Eldəniz Zamanova məxsus, Aşıq Molla Cümə küçəsində yerləşən mağazadan 200 manat, yanvarın 14-nə keçən gecə, Şükür Ağamirova məxsus, Koroğlu Rəhimov küçəsində yerləşən mağazadan, jalüz və plastik qapını sındırmaq yolu ilə kassadan 800 manat oğurlanıb. Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqat İdarəsi, Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Fərid Rəhimov həbs olunub.
- A-
- A
- A+
Kriminal
11:58 / 17.02.2014
Silsilə oğurluqlar törədən şəxs tutulub
Hazırda oxunan: Silsilə oğurluqlar törədən şəxs tutulub
Hazırda oxunan: Silsilə oğurluqlar törədən şəxs tutulub
41822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































