2027-ci ilin dövlət büdcəsinin əsas müsbət məqamlarından biri Dövlət Neft Fondundan ayrılan vəsaitlərin azaldılması fonunda büdcə gəlirlərində artımın təmin olunmasıdır.
Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Ə.Məsimli qeyd edib ki, əsas suallardan biri 1,7 faizlik iqtisadi artım şəraitində 2030-cu ilədək strategiyada nəzərdə tutulan beş milli prioritetin tam həyata keçirilməsinin mümkün olub-olmamasıdır.
Onun sözlərinə görə, bunun üçün iqtisadiyyatın bütün sahələrində sistemli islahatların dərinləşdirilməsinə ehtiyac var.
O bildirib ki, cari ilin ilk doqquz ayında iqtisadi artım 1,5 faiz, qeyri-neft sektorunda isə 2,6 faiz təşkil edib:
"İlin sonunadək bu göstəricilərdə ciddi dəyişiklik gözlənilmir. Belə olan halda, 2027-ci ildən iqtisadi artımın birdən-birə 2,7 faizə, 2030-cu ilədək orta hesabla 3,3 faizə, qeyri-neft sektorunda isə 4,4 faizə çatdırılmasının hansı əlavə amillər hesabına təmin ediləcəyi aydınlaşdırılmalıdır".
Deputat sosial xərclərin artması və inflyasiya ilə bağlı məsələlərə də toxunub. Ə.Məsimli bildirib ki, sosial xərclərin artımının inflyasiyanın təsiri altında əriməsinin qarşısını almaq üçün hansı əlavə antiinflyasiya tədbirlərinin görüləcəyi açıqlanmalıdır.
O, həmçinin regionlarda qazlaşdırılmamış kəndlərin problemini qaldırıb.
“Hazırda ayrılan vəsaitlərlə yaxın 10 il ərzində qazlaşdırılmamış kəndləri bu problemlə bağlı təmin etmək mümkün deyil. Halbuki qazlaşdırılmayan kəndlərdə əhali odun yanacağından istifadə edir. Bu isə meşələrin qırılmasına və ekologiyaya zərbə vurulmasına səbəb olur. Meşələrin qırılmasından yaranan ekoloji zərərin rəqəmləri ilə qazlaşdırılmamış kəndlər hesabına əldə olunan qənaətin müqayisəli hesablaması varmı?” – deyə deputat sual edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:43 / 04.11.2026
Əli Məsimli: “Qazlaşdırılmamış kəndlərin problemi hələ də həllini tapmayıb”
Hazırda oxunan: Əli Məsimli: “Qazlaşdırılmamış kəndlərin problemi hələ də həllini tapmayıb”
Hazırda oxunan: Əli Məsimli: “Qazlaşdırılmamış kəndlərin problemi hələ də həllini tapmayıb”
645954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































