ABŞ Konqresi Demokratların nəzarətində – Trampı nə gözləyir?

Hazırda oxunan: ABŞ Konqresi Demokratların nəzarətində – Trampı nə gözləyir?

645955

ABŞ-da keçirilən aralıq seçkilərində Respublikaçılar Demokratlara məğlub olub.

Belə ki, ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə Demokratlar lazımi çoxluğu əldə ediblər.

“NBC News” xəbər verir ki, son hesablanan səslərə əsasən, Demokratlar 231, Respublikaçılar isə 144 mandat əldə ediblər.

Senata seçkilərdə də Demokratlar öndədir. Hazırki nəticələrə görə Demokratlar Senatda 54, Respublikaçılar isə 44 mandat qazanıblar.

Tramp məğlubiyyətlə barışır

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini qəbul edəcəyini bildirib. O, “nəticələri tamamilə qəbul etməyə hazır olduğunu” və Demokratlar Partiyasının nümayəndələri ilə işləyəcəyini vurğulayıb.
 

Tramp, həmçinin Konqresə seçkilərdə liderlik edən demokratların rəhbərliyinin artıq onunla əlaqə saxladığını və əməkdaşlıq etmək istədiklərini bildirdiyini deyib.


Halbuki bir neçə gün əvvəl Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərin nəticələrinə əsasən demokratlar Konqresin palatalarından hər hansı birində çoxluq əldə edəcəkləri təqdirdə "cənab veto"ya çevriləcəyini bildirmişdi.

"Əgər belə olarsa, düşünürəm ki, mən "cənab veto" olacağam. Onların möhkəmlənməsinə imkan verməyəcəyəm, daha sonra isə yəqin ki, razılaşmalar əldə edəcəyik", – deyə Tramp qeyd etmişdi.

Lakin Tramp bu dəfə dediyini etmədi. Əksinə qalib tərəflə danışıqlara hazır olduğunu bəyan etdi.

Yekun nəticələr necə proqnozlaşdırılır?

Müxtəlif proqnozlarda Demokratların Nümayəndələr Palatasını ələ keçirmək ehtimalı 90 faizdən yüksək, Senatda qələbə şansları isə təxminən 68–83 faiz arasında qiymətləndirilirdi.

 

"Polling Forecast" modelinin hesablamasına görə, Demokratlar Nümayəndələr Palatasında 242, Respublikaçılar 193 mandat qazana bilərlər. Senat üçün proqnoz isə daha sensasiondur: 53 yer Demokratlara, 47 yer Respublikaçılara!


Hazırki nəticələr proqnozları da geridə qoyub. Demokratlar hər iki palatada daha böyük üstünlük əldə ediblər.

Qeyd edək ki, Hazırda Respublikaçıların Senatda 53, Demokratların və onlarla əməkdaşlıq edən müstəqillərin isə 47 mandatı var. Demokratlara çoxluğu ələ keçirmək üçün ən azı dörd əlavə mandat lazım idi ki, buna da nail oldular.

Seçkilərin nəticələri ABŞ-ın daxili və xarici siyasətinə necə təsir göstərəcək?

Aralıq seçkilərin nəticələri daha çox ölkənin daxili siyasətinə təsir edəcək. Çünki Son 2 ildə Amerikanın daxili bazarında inflyasiyanın sürəti xeyli artıb. Xüsusilə yanacaq məhsulları kəskin bahalaşıb. Hətta ölkədə dizel çatışmazlığı yaşanır.

Bundan əlavə miqrant məsələsində Respublikaçılar daha sərt qərarlar verir. Bunun nəticəsidir ki, ölkədə işçi qıtlığı yaranıb.

 

Təbii ki, bu seçkinin nəticələri yalnız ABŞ-ın daxili siyasəti ilə məhdudlaşmayacaq. Konqresdə güc balansının dəyişməsi Ukrayna müharibəsindən Rusiya ilə münasibətlərə, İran siyasətindən Yaxın Şərqdəki proseslərə qədər bir çox məsələyə təsir göstərə bilər.


Amma Demokratların hər iki palatanı qazanması Trampın xarici siyasətini tamamilə dəyişməyəcək. Lakin Ağ Ev artıq Konqresin müqavimətini nəzərə almadan hərəkət edə bilməyəcək.

Xatırladaq ki, Tramp iki il əvvəl Ağ Evə güclü qayıtmışdı. Lakin o bu dəfəki qayıdışında vəd etdiklərini yerinə yetirmədi.

Aralıq seçkiləri isə Trampın mövqeyini xeyli zəiflətsə də o, hələ bir neçə il hakimiyyətdə olacaq. Amma bu müddətdə o, tam iqtidar sahibi ola bilməyəcək, Demokratlarla hesablaşmağa məcbur qalacaq...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin