Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb

Hazırda oxunan: Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb

645958

"2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3.5 dəfə, aktiv obyektlərin sayı 1.7 dəfə artıb. Bu proses cari ildə davam edib, hazırda vergilərin 93%-i könüllü ödənilir".

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, "ƏDV geri al" layihəsi üzrə istehlakçılara qaytarılan vəsait 12% artaraq, 157 milyon manata çatıb ki, bu da dövriyyələrin rəsmiləşdirilməsi üçün mühüm stimuldur:

"Bundan əlavə, dövlət əmlakının özəlləşdirilməsi sahəsində də tədbirlər davam etdirilib. Belə ki, cari ilin 9 ayında özəlləşdirmədən dövlət büdcəsinə 122 milyon manatdan çox vəsait daxil olub ki, bu da illik proqnozun 97.6%-nə bərabərdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin