Deputatın kəndlərə qaz çəkilməsi təklifinə Sahil Babayevdən cavab

Hazırda oxunan: Deputatın kəndlərə qaz çəkilməsi təklifinə Sahil Babayevdən cavab

645963

“Qaz çəkilişi məsələsi bir neçə dəfə qeyd edildi. Mən bunu xüsusi olaraq vurğulayım ki, bu gün təqdim olunan büdcənin ümumi və bölüşdürülmüş parametrləri qaz çəkilişini əhatə etmir”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

"Qaz çəkilişi ya bir təyinat olaraq hökumət tərəfindən məqsədəuyğun hesab edildiyi təqdirdə dövlət investisiya proqramının tərkib hissəsi olacaqdır. Dövlət büdcəsində dövlət investisiya proqramının ümumi rəqəmi müəyyən edilib (5,3 milyard). Artıq onun bölüşdürülməsi prioritetlərdən asılı olaraq hökumət tərəfindən həyata keçiriləcək və ya Dövlət Neft Şirkətinin sərbəst vəsaitləri və ya investisiya vəsaitləri hesabına təmin ediləcək. Düşünürük ki, investisiya proqramı artıq formalaşdıqda ilin sonuna doğru biz daha aydın mənzərəni görə biləcəyik"- deyə nazir vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin