"Gələn ildən etibarən həm məqsədli büdcə fondları ilə bağlı, həm büdcədən kənar gəlirlərlə bağlı yeni siyasət təşəbbüsü irəli sürülüb. Məqsədli büdcə fondları ümumiyyətlə ləğv edilir. Həmin rəqəmlər artıq büdcənin daxilində bölüşdürülmüş, müvafiq iqtisadi, funksional və inzibati təsnifat olaraq müxtəlif bölüşdürülmüş istiqamətlərə daxil edilir".
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, büdcədənkənar xərclərin də böyük bir qismi ilə bağlı müvafiq addım atılır:
"Ona görə də düşünürük ki, Hesablama Palatasının qaldırdığı bölüşdürülməyən və xüsusilə büdcədənkənar vəsaitlərlə bağlı olan hissədə bölüşdürülməyən vəsait artıq 2028-ci il büdcəsində demək olar ki, tam aradan qalxacaq. Çünki cənab Prezidentin bununla bağlı imzaladığı yeni Fərman var. Əksər qurumların artıq maddi-texniki təchizatı büdcə daxilinə keçirilib, büdcədənkənar vəsaitlərdən çıxarılıb və büdcədənkənar vəsaitlərdə bu gün üç qurumumuz istisna olmaqla, bütün digər qurumların yalnız əməkhaqqı xərcləri qalıb".
Nazirin sözlərinə görə, növbəti ildə əməkhaqqı sahəsində aparılacaq islahatlar çərçivəsində artıq o üç qurumun da əlavə xərclərinin ayrıca büdcədənkənar vəsaitlərdə qalmasına ehtiyac qalmayacaq və büdcədənkənar vəsaitlər məhz ilkin təyinatı olan əməyin ödənişinin stimullaşdırılması xərclərinə yönəldiləcək.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:22 / 04.11.2026
Nazirdən büdcədənkənar vəsaitlərlə bağlı açıqlama
Hazırda oxunan: Nazirdən büdcədənkənar vəsaitlərlə bağlı açıqlama
Hazırda oxunan: Nazirdən büdcədənkənar vəsaitlərlə bağlı açıqlama
645968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































