“MDB-nin ən korrupsiyalaşmış ölkəsi Rusiyadır”

Hazırda oxunan: “MDB-nin ən korrupsiyalaşmış ölkəsi Rusiyadır”

48776

Prezidentin AŞ PA- dakı məlum çıxışında səsləndirdiyi bir çox fikirlər cəmiyyətdə və mediada ciddi müzakirə predmetinə çevrilib. Bunlardan biri də İlham Əliyevin MDB məkanındakı korrupsiyanın sovetlər dönəmindən qalmış miras olmasını söyləməsidir.

Moderator.az mövzunun iziylə gedərək iqtisadçı millət vəkili, Sosial və İqtisadi İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlidən “doğrudanmı korrupsiya sovet sisteminin mirasıdır” sualına cavab istəyib. Deputatın cavabı çox qısa olub:

“Ümumiyyətlə, korrupsiyanın kökü obrazlı desək, eramızdan əvvələ gedir, sovet sistemində isə korrupsiya bir növ rejimin mahiyyətini ifadə etməyə başlayıb. MDB-dəki korrupsiyaya gəldikdə isə dünyanın nüfuzlu ekspertlərinin qənaətinə görə ən korrupsiyalaşmış ölkə məhz Rusiyadır. Müxtəlif təşkilatların bu barədə araşdırmaları var. Postsovet məkanı ölkələri müxtəlif cür təsvir olunur. Amma korrupsiya həqiqətən Rusiyanı dağıdır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin