“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri oldu - Video

Hazırda oxunan: “Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri oldu - Video

645474

İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Arsenal” səfərdə “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media  xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə yeganə qolu 16-cı dəqiqədə Kai Haverts vurub.

Bu qələbə ilə “Arsenal” 24 xalla turnir cədvəlinin vahid lideri olub. 21 xalı olan “Mançester Siti” ikinci, 15 xalla “Liverpul” isə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Arsenal” 2012-ci ildən sonra ilk dəfə Premyer Liqa çərçivəsində “Enfild”də qələbə qazanıb. London təmsilçisi növbəti oyununu noyabrın 7-də “Hall Siti”yə, “Liverpul” isə noyabrın 8-də “Kristal Pelas”a qarşı keçirəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin