Avropa çempionatında olduğu kimi, dünya çempionatında da qızıl medal qazanmaq istəyirdim, lakin alınmadı. Böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak etdiyim üçün təcrübəm çatmadı. İnşallah, növbəti dəfə Azərbaycan yığmasına qızıl medal qazandırmağa çalışacağıq.
Bizim.Media xəbər verir ki, bu sözləri Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev jurnalistlərə açıqlamasında deyib.
92 kiloqram çəki dərəcəsində üçüncü yeri tutan idmançı yarımfinal görüşündə buraxdığı səhvlərdən danışıb:
“Amerikalı rəqibimlə yarımfinal görüşündə əvvəlcə hər şey yaxşı gedirdi. Sonradan bir qədər tələsməyə başladım. Demək olar ki, öz səhvlərim ucbatından məğlub oldum. Belə yüksək səviyyədə mübarizə aparmaq üçün təcrübəm bir qədər çatmadı”.
İdmançı dünya çempionatına qızıl medal qazanmaq məqsədilə gəldiyini vurğulayıb:
“Həm məşqçilərim, həm də özüm qızıl medal gözləyirdik. Düşünürəm ki, bu nəticə mənim üçün bürünc medal qazanmaqdan daha çox qızılı əldən vermək deməkdir”.
Gələcək planlarından danışan A.Tsokayev çəkisini artırmaq istədiyini söyləyib:
“İnşallah, çəkimi artırmalıyam. Hələ baxacağıq, necə alınacaq. Hazırda çəkim bu çəki dərəcəsinin həddindən təxminən 2 kiloqram azdır. Bir qədər çəki artırmalıyam. Bu çəkidə mübarizə aparmaq çətindir”.
Qeyd edək ki, Ali Tsokayev dünya çempionatında 92 kiloqram çəki dərəcəsində bürünc medal uğrunda görüşdə İran təmsilçisi Əmirhüseyn Firuzpura qalib gəlib.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:45 / 02.11.2026
Bürünc mükafatçımız: Qızıl medalı əldən verməyimi düşünürəm
Hazırda oxunan: Bürünc mükafatçımız: Qızıl medalı əldən verməyimi düşünürəm
Hazırda oxunan: Bürünc mükafatçımız: Qızıl medalı əldən verməyimi düşünürəm
645432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































