Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO

Hazırda oxunan: Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO

635970

Kirayə mənzil bazarında qiymətlər əvvəlki illərlə müqayisədə 6-12 faiz civarında artıb.

Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın bütün zonlarında yox, xüsusi ərazilər var ki, orada artım daha çox müşahidə edilir.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev hesab edir ki, bəzi investorlar artımı müşahidə etdikləri üçün həmin ərazilərdən mənzil alıb kirayə bazarına təklif edirlər. Xüsusi ilə "Ağ şəhər", Yusif Səfərov küçəsi ətrafı, Gənclik və Atatürk prospekti istiqaməti, eləcə də Xətainin bəzi hissələri bu baxımdan öndədir.
 

Ekspert deyir ki, qiymətlərin belə fərqli olması, ayrı-ayrı layihələr və ərazilər üzrə dəyişə bilər. İnvestisiya üçün seçim zamanı yalnız mənzilin bugünkü qiyməti deyil, həmin ərazidə gələcək dəyişikliklər də nəzərə alınır.


Məsələn, Binəqədinin 8-ci mikrorayonu və dərnəgül istiqaməti daha münasib qiymətə əmlak almaq istəyənlər üçün alternativ kimi göstərilir. Burdan ev alanlar üçün də kirayə qiymətləri elə də stabil deyil.

Səbail rayonunun "Badamdar" qəsəbəsinin mərkəzi hissəsi və 3-cü massivin ətrafı ekologiyası, şəhər mənzərəsi və tıxaclardan nisbətən uzaq olması ilə seçilir ki, bu istiqamətdə də qiymətlərin 7-10% artımı var.

Ekspert onu da əlavə edib ki, sadalanan ərazilərdən mənzil alanların gələcəkdə asan satmaq imkanı da böyükdür.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin