"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.
Bizim.Media xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə "Mançester Yunayted"in qonağı olub.
İngiltərənin Li şəhərindəki "Li Sports Villic" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, "Sabah"ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin "Barselona", Vilyarreal" (hər ikisi İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə mübarizə aparacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:15 / 10.09.2026
"Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu
Hazırda oxunan: "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu
Hazırda oxunan: "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu
635936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































