Çempionlar Liqası: İlk turda daha 4 oyun – NƏTİCƏLƏR - VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: İlk turda daha 4 oyun – NƏTİCƏLƏR - VİDEO

635584

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda daha 4 oyun keçirilib.

Bizim.Media xəbər verir ki, İspaniya "Real Madrid"i öz meydanında İtaliyanın "İnter" klubuna 2:1 hesabı ilə qalib gəlib.

İngiltərənin "Mançester Siti" komandası Portuqaliyada "Portu"nu 2 cavabsız qolla məğlub edib - 2:0.

Azərbaycanın turnirdəki təmsilçisi "Sabah"ın rəqiblərindən olan "Borussiya Dortmund" (Almaniya) və "Vilyarreal" (İspaniya) komandalarının duelində qapılara 5 qol vurulub. Almaniya təmsilçisi doğma azarkeşləri önündə 3:2 hesablı qələbəyə sevinib.

Nəhayət, İspaniyanın "Betis" komandası Fransada "Lill" klubunu üstələyib - 3:2.

Qeyd edək ki, liqa mərhələsinin ilk oyunlarında İngiltərənin "Aston Villa" klubu Belçikada "Brügge"yə 3:2, Afina AEK-i isə Yunanıstanda Avstriya təmsilçisi LASK-a 1:0 hesabı ilə qalib gəlib.

<iframe width="1521" height="526" src="//www.youtube.com/embed/6LNViAYuWtw" title="Real Madrid – İnter | UEFA Çempionlar Liqası | İCMAL" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin