"France Football" jurnalı 2025/2026 mövsümünün yekunlarına əsasən futbol üzrə "Qızıl top" mükafatına bütün namizədlərin adlarını açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb.
Siyahıda yer alan futbolçuları təqdim edirik:
Müdafiəçilər: Mark Kukurelya ("Real" Madrid), Pau Kubarsi ("Barselona"), Dayo Upamekano ("Bavariya"), Uilyam Saliba, Qabriel Maqalyaynş (hər ikisi "Arsenal"), Markinyos, Əşrəf Hakimi , Uilyam Paço, Nuno Mendeş (hamısı PSJ)
Yarımmüdafiəçilər: Cud Bellinqem ("Real" Madrid), Deklan Rays ("Arsenal"), Brunu Fernandeş ("Mançester Yunayted"), Joao Neveş, Vitinya, Fabian Ruiz (hamısı PSJ), Rodri ("Barselona")
Hücumçular: Usman Dembele, Xviça Kvaratsxeliya, Ferran Torres (hamısı PSJ), Lamin Yamal ("Barselona"), Sadio Mane ("Əl-Nəsr"), Lautaro Martines ("İnter"), Kilian Mbappe ("Real"), Erlinq Holann ("Mançester Siti"), Lionel Messi ("İnter Mayami"), Harri Keyn ("Bavariya"), Luis Dias ("Bavariya"), Maykl Olise ("Bavariya"), Xulian Kinyones ("Əl-Qadsiyə").
Qeyd edək ki, bir klubdan ən çox futbolçunun namizəd göstərilməsi üzrə rekord PSJ-yə məxsusdur.
Fransa təmsilçisindən 10 futbolçu "Qızıl top"a namizəd olub. 2025-ci ildə bu klubdan 9 futbolçu mükafata namizəd göstərilmişdi. Əvvəlki rekord isə 2018-ci ildə 8 futbolçu ilə İspaniyanın "Real" klubuna məxsus olub.
Bizim.Media




































































































