"Qarabağ" Mateuş Koxalskinin gedişini AÇIQLADI

Hazırda oxunan: "Qarabağ" Mateuş Koxalskinin gedişini AÇIQLADI

635457

"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, "köhlən atlar" Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.

Komandalar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "Top-3"də qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin