Millinin 3 oyununun biletləri satışa çıxarıldı - FOTO

Hazırda oxunan: Millinin 3 oyununun biletləri satışa çıxarıldı - FOTO

635310

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq və UEFA Millətlər Liqasında keçirəcəyi iki oyunun biletləri bu gün satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Yığma sentyabrın 23-də, saat 20:00-da Bakıdakı "8-ci kilometr" stadionunda Tacikistanla yoldaşlıq görüşündə qarşılaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasında oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, oktyabrın 4-də, saat 17:00-da isə "8-ci kilometr" stadionunda Litva millisi ilə üz-üzə gələcək.

Qarşılaşmaların biletləri iticket.az platforması vasitəsilə satışa təqdim olunur.



Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin