Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, turnirin final oyununda Türkiyə və İtaliya milli komandaları qarşılaşıblar.
İstanbuldakı Sinan Erdem İdman Kompleksində keçirilən görüş kifayət qədər dramatik alınıb. Hesabda iki dəfə geri düşən “ay-ulduzlular” əzmkarlıq göstərərək setlərin ümumi sayını bərabərləşdiriblər - 2:2.
Nəticədə qalibin adına tay-breykdə aydınlıq gəlib. Sonuncu setdə daha üstün oynayan Türkiyə millisi yekunda 3:2 hesabı ilə qalib gələrək, ardıcıl 2-ci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına Azərbaycan ev sahibliyi edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:30 / 06.09.2026
Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu oldu - VİDEO
Hazırda oxunan: Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu oldu - VİDEO
Hazırda oxunan: Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu oldu - VİDEO
635155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































