"Barselona" "Valensiya"nı darmadağın etdi - VİDEO

Hazırda oxunan: "Barselona" "Valensiya"nı darmadağın etdi - VİDEO

635143

İspaniya La Liqasının 4-cü turu çərçivəsində "Valensiya" və "Barselona" komandaları qarşılaşıblar.

Bizim.Media xəbər verir ki, oyun Valensiya şəhərindəki "Mestalya" stadionunda keçirilib.

Görüş kataloniyalıların böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.

"Barselona"nın vingeri Lamin Yamal matçın 6-cı dəqiqəsində hesabı açıb. 22-ci dəqiqədə yarımmüdafiəçi Fermin Lopes kataloniyalıların üstünlüyünü iki topa çatdırıb. 50-ci dəqiqədə Rafinya hesabı artırıb. Pedri 79-cu dəqiqədə "Valensiya"nın qapısına dördüncü qolu vurub.

Lamin Yamal 84-cü dəqiqədə dubl edərək yekun hesabı müəyyənləşdirib.

İspaniya çempionatında dörd oyundan sonra "Barselona" 12 xal toplayaraq turnir cədvəlinə təkbaşına başçılıq edir. Kataloniyalılar "Betis" və "Real Madrid"i 3 xal qabaqlayırlar.

"Valensiya" isə 1 xal toplayıb və sonuncu, 20-ci pillədə qərarlaşıb.

Növbəti matçda "Barselona" sentyabrın 13-də səfərdə "Levante" ilə, "Valensiya" isə sentyabrın 11-də "Sevilya" ilə qarşılaşacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin