"Everton" son dəqiqələrdə "Mançester Yunayted"ə məğlubiyyətdən xilas oldu - VİDEO

Hazırda oxunan: "Everton" son dəqiqələrdə "Mançester Yunayted"ə məğlubiyyətdən xilas oldu - VİDEO

635124

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Everton" və "Mançester Yunayted" arasında keçirilən matç başa çatıb.

Bizim.Media  xəbər verir ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.

Görüşdə Brayan Mbemo 46-cı dəqiqədə hesabı açaraq mankunianları önə keçirib. Tayrik Corc 83-cü dəqiqədə hesabı bərabərləşdirib. Qonaqların ikinci qolunu 88-ci dəqiqədə Bencamin Şeşko vurub.

Eynsli Meytland-Nayls isə 90+6-cı dəqiqədə fərqlənərək "Evertonu" məğlubiyyətdən xilas edib.

Bu oyundan sonra "Everton" 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə 4 xalla 11-ci sıradadır.



 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin