Luis Enrikenin PSJ-də ümumi gəliri 20 milyon avroya çatdı

Hazırda oxunan: Luis Enrikenin PSJ-də ümumi gəliri 20 milyon avroya çatdı

635102

Fransanın PSJ komandasının baş məşqçisi Luis Enrikenin yeni müqaviləsinə əsasən ümumi qazancı bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.

İspaniyalı mütəxəssisin Paris klubundakı ümumi gəliri 20 milyon avroya çatıb. Əvvəlki sözləşmədə bu rəqəm 12 milyon avro idi.

Xatırladaq ki, PSJ sentyabrın 4-də Enrikenin müqaviləsinin müddətinin 2030-cu ilin yayınadək uzadıldığını açıqlayıb. O, 2023-cü ildən bu komandada işləyir və müxtəlif titullar qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin