Milan Kotaraç milli komandadan getdi

Hazırda oxunan: Milan Kotaraç milli komandadan getdi

634963

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç arasında əməkdaşlığa son qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Milan Kotaraç iki il ərzində bu vəzifədə fəaliyyət göstərib. O, aşağı yaş qruplarında perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində iş aparıb.
 

Bu müddət ərzində mütəxəssis gənc oyunçuların potensialının üzə çıxarılmasına, onların basketbol bacarıqlarının təkmilləşdirilməsinə və milli komanda səviyyəsində çıxışlara hazırlanmasına xüsusi diqqət yetirib.


Federasiya Milan Kotaraçın gənc basketbolçularla gördüyü işi yüksək qiymətləndirib və birgə fəaliyyətə görə ona təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin