Azərbaycanlı futbolçu “Qalatasaray”da - Foto

Hazırda oxunan: Azərbaycanlı futbolçu “Qalatasaray”da - Foto

634821

Azərbaycanlı futbolçu Can Hacıyev Türkiyənin “Qalatasaray” klubu ilə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, 17 yaşlı futbolçu qarşıdakı iki mövsümdə İstanbul təmsilçisinin U-19 komandasında çıxış edəcək.

Sözügedən komanda UEFA Gənclər Liqasında mübarizə aparacaq.
 

Hacıyev ötən mövsümü İsveçrənin “Sion” klubunun gənclər komandasında keçirib. 1,87 metr boya malik futbolçu sağ və mərkəz müdafiəçisi mövqelərində oynaya bilir.


Qeyd edək ki, Hacıyevə artıq Türkiyə və Qazaxıstanın futbol federasiyaları da maraq göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin