Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Hazırda oxunan: Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

634684

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Bizim.Media xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Daha əvvəl digər təmsilçilərimizdən Ayxan Mirzəzadə (60 kq) qızıl medala sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin