Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Hazırda oxunan: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

634489

Sentyabrın 2-də Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan millisinin qitə çempionatındakı ilk rəqibləri müəyyənləşib.
 

Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. Komandanın heyətində 9 oğlan və 5 qız yer alıb. Ümumilikdə isə turnirdə 44 ölkədən 400 idmançı (222 oğlan, 178 qız) mübarizə aparacaq.


Sentyabrın 3-6-da keçiriləcək Avropa çempionatının ilk yarış günündə təsnifat mərhələsi saat 11:30-da, final bloku isə 18:00-da başlayacaq. Görüşlər “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan cüdoçularının ilk rəqibləri aşağıdakılardır:

Qızlar

-48 kiloqram, 1/16 final:

Nərgiz Əhmədova – Mariana Pereyra (Portuqaliya)

Gülgəz Musayeva – Kseniya Vayner (Moldova)

-52 kiloqram, 1/16 final:

Aysun Məmmədova – Marqarita Miroşniçenko (Ukrayna)

-57 kiloqram, 1/16 final:

Aytən Verdiyeva – Marketa Korçakova (Çexiya)

-57 kiloqram, 1/8 final:

Xədicə Qədəşova – Nika Tomç (Sloveniya) / Luka Veq (Macarıstan) cütünün qalibi

Oğlanlar

-60 kiloqram, 1/16 final:

Ayxan Mirzəzadə – Stratos Çaralampus (Kipr)

-66 kiloqram, 1/16 final:

Məhəmməd Musayev – Robert Yakimov (Estoniya)

-73 kiloqram, 1/16 final:

Əbil Yusubov – Kassim Brosso (Fransa)

-81 kiloqram, 1/16 final:

Cəsur İbadlı – Yaqor Talaka (Belarus) / Sergey Karakin (Ukrayna) cütünün qalibi

Mehdi Abbasov – Petar Payoviç (Monteneqro)

-90 kiloqram, 1/16 final:

Aslan Kotsoyev – Anton Dimitrov (Bolqarıstan)

Süleyman Şükürov – David Yurkovski (Fransa)

-100 kiloqram, 1/16 final:

Davud Namazlı – Mayus Genis (Litva)

+100 kiloqram, 1/8 final:

Ramazan Əhmədov – Martin Sedlak (Çexiya) / Luka İvankoviç (Xorvatiya) cütünün qalibi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin