Azərbaycanın voleybol millisi Türkiyəyə uduzdu

Hazırda oxunan: Azərbaycanın voleybol millisi Türkiyəyə uduzdu

634285

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.

Bizim.Media xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gəlib.

İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin