Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

634281

Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo, 39 yaşlı futbolçunun Argentina milli komandasındakı çıxışını başa vurmaq qərarına reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesablarında yazıb.

"Bu mərhələni məhz bu cür başa vurmağınla necə də fəxr edirəm. Neçə illər, nə qədər anlar, nə qədər sevinc və nə qədər zərbələr oldu.

Övladlarımız bütün bunları yaxından izləyərək böyüdülər. Onlar atalarının istədiyi şey üçün necə mübarizə apardığını, təslim olmadığını və sona qədər inanmağa davam etdiyini gördülər. Sonra isə onlar sənin yanında ola bildilər və hər şeyə necə nail olduğunu, Dünya Kubokunu necə qaldırdığını öz gözləri ilə gördülər", — deyə Rokuzzo yazıb.
 

Avqustun 31-də Messi Argentina millisindəki karyerasını rəsmən başa vurduğunu elan edib. Hücumçu 2005-ci ilin avqustundan bəri çıxış etdiyi komandada 207 oyun keçirib və 125 qol vuraraq milli komandanın tarihində ən yaxşı bombardir olub.


2026-cı il dünya çempionatında Messi səkkiz qol vuraraq, on qol vuran Kilian Mbappedən sonra ikinci yerdə qərarlaşıb. İspaniya yığması isə 2026-cı il dünya çempionatının finalında Argentina komandasına 1:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin