İllik 8,5 milyon qazanır, 8 minlik avtomobil sürür

Hazırda oxunan: İllik 8,5 milyon qazanır, 8 minlik avtomobil sürür

634170

Fransanın PSJ klubunun futbolçusu Joau Neveş məşqə gəldiyi avtomobillə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi klubun məşq bazasına 2021-ci il istehsalı olan “Peugeot Partner” markalı avtomobillə gəlib.

PSJ-dən ildə təxminən 8,5 milyon avro qazanan portuqaliyalı oyunçunun addımı sosial şəbəkələrdə geniş müzakirə olunub. Neveş bazanın qarşısında azarkeşlərə avtoqraf da verib.

Məlumata görə, futbolçunun istifadə etdiyi avtomobilin təxmini qiyməti 8,2 min avrodur. Bu məbləğ Joau Neveşin təxminən 8 saatlıq qazancına bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin