Britaniyalı teleaparıcı Pirs Morqan Lionel Messinin Argentina millisindəki karyerasını başa vurduğunu elan etməsindən sonra bəyan edib ki, tarixin ən yaxşı futbolçusu ilə bağlı uzun illərdir davam edən mübahisə qəti olaraq Kriştianu Ronaldonun xeyrinə həll olunub.
Bizim.Media xəbər verir ki, bu barədə teleaparıcı “X” sosial media hesabında yazıb.
"Lionel Messi Argentina millisinidəki karyerasını 125 qolla başa vurdu. Bu, futbol tarixində ikinci ən yüksək nəticədir. Kriştiano Ronaldo isə Portuqaliya millisinin heyətində 146 qol vurub — bu, futbol tarixində ən yaxşı nəticədir. Bununla da tarixin ən yaxşısı barədə mübahisələr bitir", — deyə Morqan yazıb.
Qeyd edək ki, avqustun 31-də Messi rəsmi olaraq Argentina millisindəki karyerasını bitirdiyini elan edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:33 / 01.09.2026
Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur
Hazırda oxunan: Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur
Hazırda oxunan: Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur
634100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































