Argentina Futbol Assosiasiyasının mətbuat xidməti, Lionel Messinin milli komandadakı karyerasını başa vurması ilə bağlı bəyanatından sonra ona öz təşəkkürünü bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşılıb.
"Bizə həyatımızın ən gözəl səyahətini bəxş etdiyiniz üçün təşəkkür edirik. İrsiniz və peşəkarlığınız qəlbimizdə əbədi olaraq həkk olunacaq. Təşəkkürlər, kapitan", — deyə mesajda qeyd olunub.
Avqustun 31-də Messi rəsmi olaraq Argentina millisindəki karyerasını bitirdiyini elan edib.
2026-cı il dünya çempionatında Messi 8 qol vuraraq, 10 qol müəllifi olan Kilian Mbappedən sonra ikinci sırada qərarlaşıb.
Xatırladaq ki, İspaniya millisi 2026-cı il futbol üzrə dünya çempionatının finalında Argentina komandasını 1:0 hesabı ilə məğlub edib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatıb, ikinci əlavə vaxtda isə yeganə qolu "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres vurub.
Bizim.Media


































































































