Trabzonda Salahın adı yaşadığı küçəyə veriləcək

Hazırda oxunan: Trabzonda Salahın adı yaşadığı küçəyə veriləcək

634075

“Trabzonspor”un yeni transferi Məhəmməd Salahın yaşayacağı küçənin adının dəyişdirilməsi planlaşdırılır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir millisinin ulduzu Trabzonun Yomra rayonunun Kaşüstü məhəlləsində yaşayacaq.
 

Futbolçunun qalacağı evdə hazırda təmir işləri aparılır. İşlərin qısa müddətdə başa çatdırılması və Salahın yaxın vaxtlarda yeni evinə köçməsi gözlənilir. Yomra Bələdiyyəsinin sədri Mustafa Bıyıkın təklifi ilə futbolçunun yaşayacağı evin yerləşdiyi küçəyə “Məhəmməd Salah küçəsi” adının verilməsi nəzərdə tutulur.


Mustafa Bıyık bildirib ki, Salah təkcə “Trabzonspor” tarixinin deyil, Türkiyə futbol tarixinin də ən önəmli transferlərindən biridir. Onun sözlərinə görə, dünya futbolunun belə tanınmış simasının Yomrada yaşaması rayonun tanınmasına və marka dəyərinə də töhfə verə bilər.

Bələdiyyə sədri qeyd edib ki, Salahın adının yaşadığı küçəyə verilməsi ilə bu dövrü Yomranın tarixində qalıcı etmək istəyirlər.

Küçənin adının “Məhəmməd Salah küçəsi” olaraq dəyişdirilməsi ilə bağlı qərarın bu həftə bələdiyyə məclisində qəbul ediləcəyi və ad dəyişikliyi prosesinin başa çatdırılacağı gözlənilir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin