Əfsanəvi futbolçu vəfat etdi

Hazırda oxunan: Əfsanəvi futbolçu vəfat etdi

628528

İtaliya millisi və “Milan”ın əfsanəvi futbolçusu Franko Barezi vəfat edib.

Bizim.Media Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, illərdir ağır xəstəliklə mübarizə aparan veteran müdafiəçi 66 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Franko Barezi klub karyerası ərzində yalnız “Milan”ın formasını geyinib.
 

1978-ci ildən 1997-ci ilə qədər bu komandada çıxış edən əfsanəvi oyunçu 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə ölkə Superkubokunu qazanıb, həmçinin 3 dəfə Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi olub.


İtaliya milli komandasında 81 oyun keçirən Barezi 1982-ci ildə dünya çempionatının qızıl medallarına sahib çıxıb. O, həmçinin DÇ-1990-da bürünc, DÇ-1994-də isə gümüş mükafat əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin