İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau komandadan ayrılmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
İlkin mərhələdə tərəflər əməkdaşlığı davam etdirmək niyyətində olsalar da, 48 yaşlı mütəxəssis fəaliyyətinə fasilə vermək istədiyini bildirərək klubu tərk etmək qərarı qəbul edib.
Boş qalacaq baş məşqçi postuna əsas namizəd kimi 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdıran 38 yaşlı alman mütəxəssis Matias Yayssle göstərilir.
Eddi Hau 2021-ci ilin noyabrından “Nyukasl”a başçılıq edirdi. Onun rəhbərliyi altında komanda 2024/2025-ci illər mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. Kollektiv ötən mövsüm İngiltərə Premyer Liqasını 12-ci pillədə başa vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:10 / 30.07.2026
“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir
Hazırda oxunan: “Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir
Hazırda oxunan: “Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir
628362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































