İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

Hazırda oxunan: İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

626943

İspaniya millisinin futbolçuları Qavi və Fabian Ruis 2026-cı il dünya çempionatındakı qələbənin şərəfinə doğma şəhərləri Los-Palasyos-i-Vilyafraka rəsmiləri və sakinləri tərəfindən pomidorla mükafatlandırılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Vanguardia” nəşri məlumat yayıb.

Nəşr yazır ki, yerli sakinlər hər iki futbolçunu şəhər meriyasında rəsmi şəkildə qarşılayıblar.
 

Onlara bələdiyyənin ənənəvi mükafatlarından biri - öz bədən çəkilərinə bərabər miqdarda pomidor təqdim olunub. Mərasim zamanı futbolçular üçün veriləcək pomidorun dəqiq kütləsini müəyyən etmək məqsədilə hər iki oyunçu tərəziyə çıxarılaraq çəkilib.


Xatırladaq ki, İspaniya millisi futbol üzrə 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək çempion olub. Görüşün əsas vaxtı qolsuz (0:0) başa çatıb. İkinci əlavə vaxtda "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres matçın yeganə qolunu vurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin