Allahşükür Paşazadə: Türk xalqları çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər

Hazırda oxunan: Allahşükür Paşazadə: Türk xalqları çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər

636487

Türk xalqlarının dini-mənəvi həmrəyliyi təşəbbüsünün ərsəyə gəlməsində dövlət başçılarının hərtərəfli dəstəyi həlledici rol oynayıb.

Bizim.Media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmaqla əsl qardaşlıq nümunələri göstərirlər:

"Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində Türk dövlətləri bizə yardımlarını əsirgəmədilər".
 

QMİ sədri xatırladıb ki, Füzuli və Ağdamda Özbəkistan tərəfindın Mirzə Uluqbəy adına tam orta məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi, Qırğızıstanın hədiyyəsi Aykol Manas adına tam orta məktəb və Türkmənistanın inşa etdirdiyi möhtəşəm məscid binası mənəvi dəyəri çox yüksək olan əsl qardaş ərmağanlarıdır:


"Fəxarətverici haldır ki, Türkiyədə zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində Azərbaycan tərəfindən inşa olunan məhəllənin, eləcə də Qarabağdakı məkanların açılışlarında qardaş Türk ölkələrinin rəhbərləri şəxsən iştirak ediblər.

Əsrlərdən gələn müştərək və mötəbər ənənələrə yeni nəfəs verən, qardaş xalqlarımızın gələcək uğurlarına təminat yaradan Türk Dövlətləri Təşkilatı müstəvisində liderlərimizlə hər bir görüşümüz xüsusi dəyər kəsb edir. Biz dini liderlər dövlət rəhbərlərimizin müdrik fikir və tövsiyyələrindən faydalanırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin