Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Elnur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb. (Apa.az)
Bizim.Media
































































































