Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunur.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,40% bahalaşaraq 77 509,25 ABŞ dollarına yüksəlib.
“Ethereum” 0,51% ucuzlaşaraq 2 507,04 dollara, BNB 0,78% azalaraq 721,82 dollara, “Zcash” 2,48% geriləyərək 1 106,14 dollara, “Monero” isə 3,50% ucuzlaşaraq 522,40 dollara düşüb. “Bittensor” 0,38% bahalaşaraq 235,21 dollara yüksəlib, “Bitcoin Cash” isə 0,70% azalaraq 223,38 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,52% azalaraq 4 333,14 dollara, “Tether Gold” (XAUT) isə 0,49% geriləyərək 4 329,03 dollara düşüb.
“CoinMarketCap 20” indeksi son sutkada 0,09% artaraq 160,55 bənd təşkil edib.
Bizim.Media

































































































