Dublində Trampın səfərinə qarşı etiraz aksiyası əsl şouya çevrildi – VİDEO

Hazırda oxunan: Dublində Trampın səfərinə qarşı etiraz aksiyası əsl şouya çevrildi – VİDEO

636392

ABŞ Prezidenti Donald Trampın İrlandiyaya səfərinə etiraz olaraq minlərlə insan Dublinin küçələrinə çıxıb.

Bizim.Media xəbər verir ki, aksiyanın ən diqqətçəkən detallarından biri Trampın, mərhum maliyyəçi Ceffri Epşteynin və İsrailin Baş naziri Benyamin Netanyahunun təsvir olunduğu nəhəng şişmə figurlar olub. Qeyri-adi instalyasiyanın kadrları sosial şəbəkələrdə sürətlə yayılıb.
 

Demonstrasiya iştirakçıları, həmçinin Tramp, Epşteyn və Netanyahunun təsvir olunduğu plakatlar daşıyaraq Epşteynin işi ilə bağlı materialların açıqlanmasını tələb ediblər. "Reuters" agentliyi aksiya iştirakçılarından birinin belə bir plakatla çəkilmiş fotosunu dərc edib.


"EFE" agentliyinin məlumatına görə, İrlandiya paytaxtının mərkəzində keçirilən etiraz yürüşündə 10 mindən çox insan iştirak edib. "Tramp, sən burada arzuolunmazsan" şüarı altında keçirilən aksiya antıhərbi hərəkatlar və bir sıra siyasi partiyalar tərəfindən təşkil olunub.

Trampın İrlandiyaya səfəri geniş təhlükəsizlik tədbirləri ilə müşayiət olunur. Amerika prezidenti ölkə rəhbərliyi ilə görüşlər keçirib, daha sonra Dunbegdəki qolf-kurortunu ziyarət etmək üçün Kler qraflığına yollanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin