Zelenski sabiq mətbuat katibinə qarşı sanksiya tətbiq etdi

Hazırda oxunan: Zelenski sabiq mətbuat katibinə qarşı sanksiya tətbiq etdi

636444

Ukrayna Prezidenti Volodimir Zelenski 2019-2021-ci illərdə onun mətbuat katibi vəzifəsində çalışmış Yuliya Mendelə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media  xəbər verir ki, məlumata görə, Zelenski sentyabrın 13-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərman imzalayıb.
 

Mendel Ukrayna və Rusiya vətəndaşlarından ibarət 10 nəfərlik siyahıya daxil edilib. Kiyev bu şəxsləri dezinformasiya və Rusiya təbliğatının yayılmasında, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini dəstəkləməkdə ittiham edir.


Sanksiyalar çərçivəsində aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması və kapitalın ölkədən çıxarılmasına qadağa kimi məhdudiyyətlər nəzərdə tutulub.

Sanksiyaların 10 il müddətinə tətbiq ediləcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin