Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ - Son gündür

Hazırda oxunan: Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ - Son gündür

636496

2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan plan yerlərinə tələbə qəbulunun III – sonuncu mərhələsi bu gün başa çatır.

Bizim.Media xəbər verir ki, müraciətlər 14 sentyabr saat 12:00-dək portal.edu.az üzərindən elektron qaydada qəbul edilir. Bu mərhələdə əvvəlki mərhələlərdə uğursuz olan və ya daha əvvəl müraciət etməyən şəxslər iştirak edə bilərlər.

Müsabiqədən keçən şəxslər sənədlərini 14 sentyabr saat 18:00-dək qəbul olduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Daha əvvəl peşə təhsili müəssisəsinə qəbul olub sənədlərini təsdiqləyən şəxslər isə bu mərhələdə ixtisas dəyişmək üçün müraciət edə bilməzlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin