Bu bağçalara qeydiyyat başlayır - Ödənişin 70 faizə qədərini dövlət ödəyəcək

Hazırda oxunan: Bu bağçalara qeydiyyat başlayır - Ödənişin 70 faizə qədərini dövlət ödəyəcək

636469

Bu gün məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır.

Bizim.Media xəbər verir ki, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına bu gün saat 15:00-dan başlanılır.

Valideynlər övladlarını mygov platforması vasitəsilə qeydiyyatdan keçirə bilərlər. 

Qeyd edək ki, proses 25 sentyabr saat 15:00-dək davam edəcək. 

Məlumat üçün bildirək ki, valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilmiş Bakı şəhərindəki bağçalarda təhsilhaqqının 350, regionlardakı bağçalarda isə 250 manata qədərini dövlət ödəyəcək.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin